“1988-ci ildən başlanan milli-azadlıq hərəkatı zamanı Azadlıq meydanında qaldırılan üçrəngli Azərbaycan bayrağını öz vəsaiti və zəhməti ilə hazırlayan və Azərbaycan xalqının GÜLTƏKİN ANA kimi tanıdığı azadlıq və millətsevər vətəndaş Gültəkin xanım Həsənova haqq dünyasına qovuşdu. M.Ə.Rəsulzadənin 1918-ci ildə yaratdığı bayrağı azadlıq arzusu ilə yenidən meydana çıxan insanlara təmənnasız təqdim etdiyinə görə milyonlarla insanın qəlbində qalan Gültəkin ana bu gün torpağa tapşırıldı. Azərbaycanın üçrəngli bayrağı dalğalandıqca Gültəkin ana bu bayrağı sevənlərin qəlbində daima yaşayacaq və anılacaqdır.
Allah rəhmət eləsin, ruhu şad olsun!”
Son xəbərlər
Son Xəbərlər