Bu barədə çempionatın iştirakçısı, Uşu üzrə Avropa çempionu, İslam Həmrəylik Oyunlarının bürünc mükafatçısı Elçin Eminov məlumat verib. Onun sözlərinə görə, çempionata mayın 7-də Buxarestdə keçiriləcək. Mayın 12-sinədək davam edəcək beynəlxalq yarışda Azərbaycan da təmsil olunacaq. Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoyun başçılıq etdiyi komanda mayın əvvələrində Rumıniyaya yola düşəcək. Azərbaycan idmançıları yarışda 5 nəfərlə təmsil olunacaq. Kişilər arasında keçirilən yarışda 56 kq çəki dərəcəsində Azərbaycanı Elçin Eminov təmsil edəcək. Komandanın digər 4 idmançısı isə Azərbaycanı çempionat çərçivəsində gənclər arasında keçiriləcək yarışda döyüşəcək.