Azərbaycan idmançısı nüfuzlu turnirdə qazandığı pulu Ukrayna ordusuna göndərdi

azerbaycan-idmancisi-nufuzlu-turnirde-qazandigi-pulu-ukrayna-ordusuna-gonderdi
Oxunma sayı: 1765

Azərbaycan karateçisi İrina Zaretska Portuqaliyanın Matozinyuş şəhərindəki Karate1 Premyer Liqa turnirində qazandığı mükafatı Ukrayna ordusuna verəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə idmançı özü açıqlamasında deyib. 

O, turnirdə əldə etdiyi gümüş medala görə aldığı məbləği Ukrayna uğrunda döyüşənlərə göndərəcəyini açıqlayıb: 

“Bu turnirdə mən nə özüm, nə də ölkəm Azərbaycan üçün mübarizə aparıram. Doğulduğum Ukrayna üçün döyüşürdüm.  Ona görə də burada qazandığım pulun hamısını Ukrayna ordusunun müharibədə vuruşmasına kömək üçün göndərəcəm. Bu böyük töhfə olar”.