Azərbaycan idmanına ağır itki

azerbaycan-idmanina-agir-itki
Oxunma sayı: 2174


“Qafqazinfo” apa-ya istinadən xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Oqtay Ağayev vəfat edib. Ağayev uzun sürən xəstəlikdən sonra bu gün 78 yaşında dünyasını dəyişib.

Mərhum uzun illər SSRİ millisinin aparıcı voleybolçusu olub. 1956-cı ildə bu komandanın heyətində dünya çempionatının bürünc mükafatçısı olan voleybolçu müdafiədəki oyunu ilə tanınıb.