Azərbaycan ilə Macarıstan arasında əlaqələr genişlənir

azerbaycan-ile-macaristan-arasinda-elaqeler-genislenir
Oxunma sayı: 629

“Qafqazinfo”nun “Azərtac”a istinadən məlumatına görə, görüşdə komissiyanın bu yaxınlarda Budapeştdə keçirilən III iclasında qəbul olunmuş qərarlar və irəli sürülmüş təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Piter Siyyarto son illər Azərbaycan ilə Macarıstan arasında bütün sahələrdə əməkdaşlığın intensiv xarakter aldığını vurğulamış və bunu təmsil etdiyi hökumətin mühüm addımlarından biri kimi dəyərləndirmişdir. Yaxın günlərdə Bakıya səfər edəcəyini bildirən Piter Siyyarto hazırda hər iki tərəf üçün ciddi maraq doğuran bir sıra iqtisadi layihələr üzərində işlərin getdiyini vurğulayıb.

Baş nazirin müavini Abid Şərifov Azərbaycanda tikinti-quraşdırma, kənd təsərrüfatı, yeyinti məhsulları və digər sahələrdə ixtisaslaşan macar şirkətləri ilə əməkdaşlığa böyük maraq və ehtiyac olduğunu söyləyib.

Görüşdə hazırda müzakirə və iqtisadi dəyərləndirmə mərhələsində olan birgə layihələrin həyata keçirilməsini sürətləndirmək istiqamətində zəruri tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.