Azərbaycan ilk mərhələni uğurla başa vurdu

azerbaycan-ilk-merheleni-ugurla-basa-vurdu
Oxunma sayı: 858


Xatırladaq ki, 2 mərhələli yarışda komandamız 7 velosipedçi ilə təmsil olunur.

Azərbaycan Velosiped İdmanı Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, paytaxt Tallindən Tartuya qədər olan 190 km məsafəni komanda üzvlərimizdən ən tez Maykl Şvayzer və Maksim Averin başa vurublar - onlar mərhələ qalibindən 1 saniyə geri qalmaqla müvafiq olaraq 3-4-cü yerləri bölüşüblər.

Sabah keçiriləcək ikinci mərhələdə iştirakçılar 150 km məsafə qət etməlidirlər.

Qeyd edək ki, Estoniya turunda ümumilikdə 12 komanda iştirak edir ki, bunlardan 2-si Pro Kontinental, 6-sı Kontinental, 4-ü isə milli komandadır.