Azərbaycan ilk “üçlük”də- - Yenilənib+Fotolar

azerbaycan-ilk-uclukde-
Oxunma sayı: 3369


“Qafqazinfo” xəbər verir ki, oyunlar Milli Gimnastika Arenasında baş tutub. Yarışların 2-ci günündə həm kişi, həm qadın komandaların yarışında qaliblər müəyyənləşib.

 Kişi gimnastların komanda yarışında Azərbaycan yığması ilk gündən sonra liderlər sırasındadı.3 hərəkətdə qüvvəsini sınayan millimizin hesabında 86,098 xal var. Komandamız həlledici gün öncəsi 3-cü yerdə qərarlaşıb. Yığmamız yalnız Ukrayna və Rusiyadan  geri qalıb.

***

İdman gimnastikası üzrə çoxnövçülük yarışlarının təsnifat mərhələsi davam edir. Azərbaycanı təmsil edən kişi idmançıları Oleq Stepko, Eldar Səfərov və Petro Parnyuk turnik hərəkətlərində yüksək nəticə göstərərək, komandanın xallarını 144,600 çatdırıblar. 

Kişilərdən ibarət komandamız 3-cü pillədə qərarlaşıb. Rusiya komandası (148) birinciliyi qorumaqda davam edir, ikinci yerdə isə Ukrayna (146) gimnastlarıdır. 

***

Qadınların yarışında millimiz çıxışını başa vurub. 4 hərəkətin cəmində 99,130 xal toplayan millimiz hələlik 9-cu pillədə qərarlaşıb.

Marina Nekrasova 50,532, Yuliya İnşina 47,632 xal toplayıb. Onlar hələlik müvafiq olaraq, 22-ci və 29-cu pillədə qərarlaşıblar. Kristina Pravdina ilk iki hərəkətdən sonra 22,932 xal toplasa da, mübarizəni davam etdirməyib.

***

Kişilərdən ibarət Belarus komandası 145,131 bal toplayaraq milli yığmamızı keçib, 3-cü yerdə qərarlaşıb. Azərbaycan gimnastları isə hələlik 4-cü yerdədir. 

***

Azərbaycan yığması 174,195 balla Belarus yığmasını keçərək 3-cü yerdə qərarlaşdı.

***

Marina Nekrasova, Kristina Pravdina və Yuliya İnşinadan ibarət Azərbaycan millisi 99,130 xal yığıb. Komandamız 25 yığma arasında 13-cü olub.