“Azərbaycan imza atacaq” - - Açıqlama

azerbaycan-imza-atacaq-
Oxunma sayı: 1436


“Qafqazinfo” xəbər verir ki, bu sözləri İRƏLİ İctimai Birliyinin sədri Mirhəsən Seyidov Avropa Oyunlarının Bakıda keçirilməsinə qərəzli yanaşan qurumların mövqeyini şərh edərkən bildirib. O qeyd edib ki, Azərbaycan ev sahibliyi etdiyi oyunlar zamanı gənclərin xüsusi rolu olan könüllülük fəaliyyətindən tutmuş, texniki məsələlərin tənzimlənməsinə kimi daha yeni bir təcrübə əldə etməyə başladığı bir vaxtda, adlarının çəkilməsi mümkün ola biləcək şəxslər Azərbaycana qarşı olan qərəzli mövqeyindən əl çəkmək niyyətində deyil: “Məhz bu səbəbdən ardı arası kəsilməyən qərəzli məqalələrin olmasına baxmayaraq Azərbaycan bu prosesdə həyata keçirdiyi oyunların təşkilatçılığı ilə artıq bütün məsələlərə cavab vermiş şəkildədir. Təşkilatçılıq sırasında gənclərin rolunu xüsusi vurğulamaq yerinə düşərdi ki, gənclərimiz gərgin iş qrafikində könüllü şəkildə oyunların komitəsinin tapşırıqlarını icra edir, sosial şəbəkələrdə istənilən məsələyə müdaxilə edə bilir, ölkəmizə qarşı qaldırılan iddialarda məsələləri arqumentləşdirə bilir. Bizim təşkilatda olan gənclərin də xüsusi rolunun olduğunu vurğulamaq yerinə düşərdi”. 

Onun sözlərinə görə, Oyunların ilk dəfə Azərbaycanda keçirilməsi ilə Avropaya ev sahibliyi dərsi keçən ölkəmiz üçün də daha yeni təcrübə mexanizmi yaranıb: “Məhz bu səbəbdən, bu kimi tədbirlərin keçirilməsi eyni zamanda Azərbaycanı növbəti illərdə ölkəmizdə keçiriləcək daha geniş kontingenti əhatə edəcək tədbirlərin keçirilməsində daha peşəkar addımlar atmağa sövq edəcək. Ümumilikdə 3 həftə zaman kəsiyində həyata keçirilən bu oyunlar zamanı bizlər könüllük anlayışının nə olduğundan tutmuş, arenalardakı seyirci mədəniyyətimizi qısa zaman kəsiyində daha da inkişaf etdirmiş olduq. Komandalarımıza rəğbət hissi çox yüksək səviyyədədir. Qısa bir müddət öncə açılış mərasimi həyəcanını yaşayan Azərbaycan artıq son 2 gündən sonra Avropanın Oyunlarının əyani sübutu imzasını atacaq”.