Azərbaycan İntellektual Oyunlar Federasiyası təsis edilib

azerbaycan-intellektual-oyunlar-federasiyasi-tesis-edilib
Oxunma sayı: 1023

AİOF-nın yaradılmasında əsas məqsəd intellektual oyunlar hərəkatına dəstək vermək və onu tənzimləməkdir. Federasiyanın təsis edilməsi yerli yarışların təqviminin tərtib edilməsini, Azərbaycan komandalarının beynəlxalq arenada keçirilən yarışlarda daha fəal iştirakını təmin etmək, müxtəlif şəhər və rayonlarda yaradılacaq klubların inkişafını təmin edəcəkdir.

AİOF-dan verilən məlumata görə, təşkilat qısa vaxt ərzində bir çox tədbirlər planlaşdırır. Bunlar arasında Azərbaycan kuboku uğrunda oyunlar, iyul ayında Batumidə təşkil olunacaq Qara dəniz kuboku və digər beynəlxalq yarışlarda iştirak və digər mühim tədbirlər var.

Təsisçilər barədə məlumat:
«Nə? Harada? Nə zaman?» Klublarının Beynəlxalq Assosiasiyasının üzv olan “Turan” İntellektual Oyunlar Klubu 2004-cü ildə təsis edilib. Hazırda klubda 25 komanda iştirak edir. Klubda oyunlar şənbə və bazar günləri təşkil olunur. Klub mütəmadi olaraq müxtəli yerli və beynəlxalq əhəmiyyətli yarışlar təşkil edir.
«Nə? Harada? Nə zaman?» Klublarının Beynəlxalq Assosiasiyasının üzv olan Xəzər İntellektual Gənclər Klubu 2001-ci ildə yaradılıb. Klubun yaradılmasının və fəaliyyətinin əsas məqsədi ölkədə Azərbaycan dilində intellektual oyunlar hərəkatının inkişafını təmin etməkdir. Xəzər İntellektual Gənclər Klubu hal-hazırda BDU, AzTU, ADU, İdarəçilik Akademiyası, Yakın Doğu Universiteti (ŞKR) və BSU-da fəaliyyət göstərir. Oyunlar hər şənbə və bazar günləri təşkil olunur.