“Qafqazinfo”nun xəbərinə görə, bunu “AzərTAc”-a müsahibəsində İranda səfərdə olan Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib
Ə.Abbasov bildirib ki, bu barədə razılıq İranın informasiya texnologiyaları və rabitə naziri, dövlətlərarası müştərək komissiyanın həmsədri Mahmud Vaizi ilə görüşdə əldə edilib.
Nazir qeyd edib ki, Azərbaycan və İran böyük neft-qaz ehtiyatlarına malikdir və bu ölkələrin iqtisadiyyatı müəyyən qədər təbii sərvətlərdən asılıdır: “Böyük perspektivi olan yüksək texnologiyların inkişafı istiqamətində fikirlərimiz və arzularımız üst-üstə düşür. Müştərək komissiyanın fəaliyyəti nəticəsində Azərbaycan ilə İran arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş hazırlanacaqdır. Bu saziş imzalandıqdan sonra İranın İKT bazarı Azərbaycanın bu sahədə fəliyyət göstərən şirkətləri üçün, Azərbaycan bazarı isə İran şirkətləri üçün açılacaq”.
Son xəbərlər
Son Xəbərlər