Azərbaycan - İran oyununda 6 qol

azerbaycan-iran-oyununda-6-qol
Oxunma sayı: 1465

AÇ-2018-ə hazırlığı davam etdirən futzal üzrə Azərbaycan yığması yoxlama oyununda qüvvəsini sınayıb.

“Qafqazinfo” xəbər verir ki, Joze Alesionun yetirmələri İran yığmasını sınağa çəkib.

Bakı İdman Sarayında keçirilən qarşılaşmada 6 qol qeydə alınıb. Hərəyə 3 dəfə fərqlənən komandalar meydandan bərabərliklə ayrılıblar.

Qeyd edək ki, millimiz cənub qonşularımızla sabah bir daha qarşılaşacaq.

23 yanvar

Azərbaycan – İran 3:3

Qollar: İ.Atayev, 17, Vassura, 34, 35 - M.Aliqadr, 8, H.Tayebi, 20, M.Cavid, 35.