Azərbaycan-İran sərhədində atışma -

azerbaycan-iran-serhedinde-atisma-
Oxunma sayı: 994


"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İrandan Azərbaycanın  dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən bir qrup şəxsin qarşısı alınıb, onlar silahlı müqavimət göstərərək geri çəkiliblər.

Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülüb.

“Qafqazinfo”