Azərbaycan İrandan idxalı kəskin azaldıb

azerbaycan-irandan-idxali-keskin-azaldib
Oxunma sayı: 2266

Azərbaycan 2015-ci ildə İrana 33 milyon 330 min dollar dəyərində məhsul ixrac edib. Bu isə 2014-cü illə müqayisədə 6 milyon 111 min dollar və ya 15,49% azdır.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə oxu.az Dövlət Gömrük Komitəsinin (DGK) ötən il üçün açıqladığı hesabata istinadən xəbər verir.

Azərbaycanın İrandan idxalına gəlincə, 2015-ci ildə bu rəqəm 90 milyon 455 min dollar olub. Bu isə 2014-cü illə müqayisədə 56 milyon 700 min dollar və ya 38,53% azdır.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycanın İrana ixracı 39 milyon 441 min dollar dəyərində olub, Azərbaycana İrandan idxal isə anaoloji dövrdə 147 milyon 156 min dollar olub.