Azərbaycan irəlilədi

azerbaycan-ireliledi
Oxunma sayı: 1333

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun "F91 Düdelanj" klubu ilə səfər matçında 1:1 hesablı heç-heçə edərək Azərbaycanın UEFA reytinqindəki xalını zənginləşdirib.

"Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycanın hesabına əlavə 0,125 xal yazdırıb.

Azərbaycanın UEFA reytinqində 15,125 xalı var. Bu göstəricisinə görə ölkəmiz 24-cü pillədə qərarlaşıb. Bizdən öndə Şotlandiya qərarlaşıb (15,925). Azərbaycanın ən yaxın izləyicisi Kiprdir (14.675).