Azərbaycan İrəvandakı “Uşaq Avroviziyası”nda iştirak etməyəcək

azerbaycan-irevandaki-usaq-avroviziyasinda-istirak-etmeyecek
Oxunma sayı: 1814

Azərbaycan Ermənistanda keçiriləcək “Uşaq Avroviziyası-2023”də iştirak etməyəcək.

Bu barədə “Qafqazinfo”ya “İctimai Televiziya və Radio Verilişləri” QSC-dən məlumat verilib.

Ermənistan İctimai televiziyasının məlumatına görə, dekabrın 11-də İrəvənda baş tutacaq müsabiqədə 16 ölkə iştirak edəcək: Albaniya, İrlandiya, İtaliya, İspaniya, Polşa, Ermənistan, Şimali Makedoniya, Qazaxıstan, Malta, Niderland, Portuqaliya, Serbiya, Ukrayna, Birləşmiş Krallıq, Gürcüstan, Fransa.

Qeyd edək ki, ötən il Parisdə baş tutmuş “Uşaq Avroviziyası-2021”də Ermənistan təmsilçisi Malena “Qami, qami” mahnısı ilə qalib olmuşdu. Azərbaycan təmsilçisi Sona Əzizova 5-ci yerdə qərarlaşmışdı.