Azərbaycan iri regional DATA-mərkəzi istismara verir

azerbaycan-iri-regional-data-merkezi-istismara-verir
Oxunma sayı: 1164


“Qafqazinfo”nun məlumatına görə, bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.

Nazirlikdən bildiriblər ki, DATA-mərkəzin istismara verilməsi bulud servislərinin populyarlaşmasına xidmət edir və bulud texnologiyalarına keçid prosesini sürətləndirəcək.

Layihə BMT İnkişaf Proqramının dəstəyi ilə reallaşdırılır. Tier3 səviyyəli DATA-mərkəz sistemin istənilən qovşağının sıradan çıxması zamanı işin sabitliyini təmin edəcək, çünki daxilolma göstəricisi 99,985 faizə çatacaq.