Azərbaycan “işığı” Avropada “yanacaq”

azerbaycan-isigi-avropada-yanacaq
Oxunma sayı: 882

Prezident İlham Əliyevin elektroengetikada sahəsinə yönəlik strategiyasına uyğun olaraq, Azərbaycan dövləti elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və uzun müddətdir ki, qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edir. 

“Azərenerji” İB-dən “Qafqazinfo”ya verilən məlumata görə, qurum artıq may ayının 1-dən Gürcüstan və Türkiyədən tranzit etməklə Yunanıstana, eyni zamanda analoji olaraq Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit keçməklə Rumuniya və Macarıstana da elektrik enerjisinin ixracına başlayıb.

Qeyd edək ki, may ayı üçün Yunanıstan hərracında 7, Bolqarıstan hərracında 5 şirkət qalib olub ki, oların da hər ikisində “Azərenerji” ASC uğur əldə edib. “Azərenerji” ASC qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırıb.