“Azərbaycan-İsrail dostluğu regional sülhə böyük töhfə verib”

azerbaycan-israil-dostlugu-regional-sulhe-boyuk-tohfe-verib
Oxunma sayı: 960

Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim İsrailin bu ölkədəki səfiri Mixail Hersoqu qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfir öz tvitter hesabında məlumat verib.

“Səfir Mixael Hersoqu qonaq kimi qəbul etmək mənim üçün şərəfdir. Azərbaycan və İsrail dostluğu regional sülhə, sabitliyə və inkişafa böyük töhfə verir”, - deyə Xəzər İbrahim yazıb.

Görüşdə, həmçinin Türkiyə, Özbəkistan, Qazaxıstan səfirləri iştirak edib.