Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası keçirildi - Fotolar

azerbaycan-israil-hokumetlerarasi-komissiyanin-iclasi-kecirildi
Oxunma sayı: 1360

Bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Qabi Aşkenazinin həmsədrliyi ilə İsrail-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN rəhbəri tvitter hesabında paylaşım edib.

Q.Aşkenazi bildirib ki, həmsədrlikdən məmnun olub:

“Məhsuldar müzakirə aramızdakı dostluğu əks etdirir.

2021-ci ildə İsraildə rəsmi Turizm və Ticarət Bürolarının açılışı planlaşdırılır. Bunu alqışlayıram. Bu da İsraildə Azərbaycan səfirliyinin açılmasını stimullaşdıran mühüm addımdır”.