Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilir - Yenilənir

azerbaycan-jurnalistlerinin-viii-qurultayi-kecirilir
Oxunma sayı: 2278

09:57

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı üçün qeydiyyat başlayıb.

“Qafqazinfo” xəbər verir ki, qeydiyyat bu gün saat 09:00-dan 10:00-dək aparılır. Saat 10:00-da qurultay işinə başlayacaq.

Qurultayda Mətbuat Şurasına yeni sədr, idarə heyətinə isə yeni üzvlərin seçiləcəyi gözlənilir.

***

10:35

Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu jurnalistlərin VIII qurultayının iştirakçılarının Prezident İlham Əliyevə müraciətini oxuyub.

Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib.

Qurultayda Mətbuat Şurasına üzv 163 təşkilatdan 213 nümayəndə iştirak edir.