Azərbaycan karateçisi beynəlxalq yarışın qalibi oldu

azerbaycan-karatecisi-beynelxalq-yarisin-qalibi-oldu
Oxunma sayı: 1101


İstanbulda “Karate-1” Premyer Liqasında iştirak edən Azərbaycan milli komandasının üzvü İrina Zaretska yarışın qalibi adını qazanıb.


“Qafqazinfo” xəbər verir ki, digər idmançılarımızdan Rafiz Həsənov (-67 kq) və Ceyhun Mustafayev (-60 kq) bürünc medal uğrunda həlledici görüşdə məğlub olublar. Azərbaycan millisi komanda hesabında yeddinci yeri tutub.


İstanbul “Karate-1” Premyer Liqasında 48 ölkədən 492 idmançı iştirak edib.


Dünya Karate Federasiyasının “Karate-1” Premyer Liqa yarışlarında növbəti turnir sentyabrın sonunda Almaniyada keçiriləcək.