“Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan rəhbərliyi torpaq sahələri alırdı”

azerbaycan-kesfiyyat-peyki-alanda-ermenistan-rehberliyi-torpaq-saheleri-alirdi
Oxunma sayı: 3783

“Azərbaycan bir kəşfiyyat peyki alanda, Ermənistan rəhbərliyi Yunan adalarında torpaq sahələri alırdı”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Baş Naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən bildirib.

“2017-ci ildə Azərbaycanda iki peyk var idi ki, bunlardan biri kəşfiyyat peyki idi. Bəli, Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan hakimiyyəti Avropada, Yunan adalarında və mümkün olan hər yerdə torpaq sahələri alırdı. Ona görə demək lazımdır ki, onlar dövləti mafiya strukturuna çevirərək dövlətin institusional formalaşmasında məğlub olublar, hansı ki Ermənistandan bütün həyati qüvvələri çıxarıb və bu mafiya strukturlarının məhkəmə sistemindən tutmuş silahlı qüvvələrə qədər hər yerdə təsirləri hələ də mövcuddur”,- deyə Paşinyan əlavə edib.

Qeyd edək ki, Azərbaycanın fəzaya çıxardığı sayca ikinci peyk olan “Azerspace-2” 25 sentyabr 2018-ci ildə Fransız Qvineyasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxılıb.