“Qafqazinfo” “affa.az”saytına istinadən xəbər verir ki, IV turun “Qəbələ” – AZAL matçında AZAL klubunun 6 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.Oyunun 90+3-cü dəqiqəsində AZAL klubunun Eduardo Manuel idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub isə 200 manat cərimə ödəyəcək.
“Sumqayıt” – “Araz Naxçıvan” görüşündə isə “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ziyana düşüb. Bundan əlavə, oyunun 52-ci dəqiqəsində “Sumqayıt” klubunun Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu daha 200 manat məbləğindəm cərimə olunub
“Xəzər Lənkəran” – “İnter” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə ödəyəcək.
Son xəbərlər
Son Xəbərlər