Azərbaycan klubunda rusiyalı məşqçi

azerbaycan-klubunda-rusiyali-mesqci
Oxunma sayı: 795

Voleybol üzrə kişi komandaları arasında keçirilən Yüksək Liqa yarışlarnda və I liqa yarışlarına (qadın, kişi) start verilib.

Qafqazinfo”nun məlumatına görə, “Naxçıvan” komandası da Yüksək Liqa yarışlarında mübarizə aparacaq.

Komandaya voleybol üzrə təcrübəli məşqçi müəllim Aleksandr Çyornıy, idmançılar Aleksandr Vasiliyev, Dimitri Baranov dəvət olunub.

26 yanvar 2017-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində dəvət olunmuş məşqçi müəllimlərin 20-yə yaxın idmançıya təlim-məşq toplanışı keçirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Voleybol üzrə yığma komandasına voleybol üzrə təcrübəli məşqçi müəllim Aleksandr Çyornıy tərəfindən keçirilən təlim məşq toplanışları davam edəcək.