Azərbaycan klubunun oyunu koronavirusa görə təxirə salındı

azerbaycan-klubunun-oyunu-koronavirusa-gore-texire-salindi
Oxunma sayı: 1080

“Sumqayıt”ın Antalyadakı təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarından biri baş tutmayacaq.

 “Qafqazinfo” xəbər verir ki, yanvarın 16-da Macarıstanın “Uypeşt” klubu ilə oynanmalı olan qarşılaşma təxirə salınıb.

Buna səbəb “bənövşəyilər”in heyətində koronavirusa kütləvi yoluxma hallarıdır. Məlumatı klubun rəsmi saytı yayıb. Macarıstan təmsilçisinin 1 həftə ərzində keçirəcəyi bütün oyunlar təxirə salınıb.