Azərbaycan koronavirusla bağlı bu ölkələrə yardım edib

azerbaycan-koronavirusla-bagli-bu-olkelere-yardim-edib
Oxunma sayı: 1745

“Azərbaycan dövləti pandemiya dövründə Ümümdünya Səhiyyə Təşkilatına, Çin Xalq Respublikası, İtaliya, Özbəkistan, İran, Qırğızıstan, Tacikistan, Moldova, Serbiyaya humanitar yardım edib”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. 

O bildirib ki, yardım tibbi ləvazimatlar və maliyyə formasında edilib: “Yaxın müddət ərzində Serbiya və BMT-nin fələstinli qaçqınlarla yardım agentliyinə yardım edilməsi məsələsinə baxılır”.

Murad Əhməd