Azərbaycan – Kosovo oyunu ləğv edildi

azerbaycan-kosovo-oyunu-legv-edildi
Oxunma sayı: 3135

Azərbaycan milli komandasının Kosovo yığmasıyla yoldaşlıq görüşü ləğv olunub. “Qafqazinfo” xəbər verir ki, bu UEFA Millətlər Liqası turnirinin bu gün İsveçrənin Lozanna şəhərində keçirilmiş püşkatmasının nəticəsinə əsasən hər iki milli komandanın eyni qrupda mübarizə aparacağı müəyyənləşdiyi üçündü.

Bu üzdən fevralın 2-də Türkiyənin Antalya şəhərində bu komandalar arasında planlanlaşdırılan yoldaşlıq oyunu baş tutmayacaq. Bununla əlaqədar hər iki futbol federasiyasının rəhbərliyi arasında püşkatmadan sonra görüş keçirilib və qarşılıqlı razılıq əldə olunub.