Azərbaycan Kubaya 49 min yardım göstərib

azerbaycan-kubaya-49-min-yardim-gosterib
Oxunma sayı: 660

Azərbaycanın Kubadakı səfirliyindən SalamNews-a verilən məlumata görə, görüşün əsas səbəbi Kubada "Sandi" qasırğası nəticəsində baş vermiş dağıntıların aradan qaldırılması məqsədi ilə Azərbaycan tərəfindən Kuba dövlətinə göstərilən 49 min ABŞ dolları məbləğində maddi yardımın təqdim edilməsindən ibarət olub.

A.Mehdiyev iki ölkə arasında siyasi və digər sahələrdə mövcud olan münasibətlərin müsbət inkişafını söyləyib və Kubanın Azərbaycan üçün dost ölkə olduğunu xüsusi vurğulayıb.

Azərbaycan tərəfindən göstərilən maddi yardım Kuba tərəfindən məmnuniyyətlə qəbul edilib, həmin yardıma görə Kuba hökumətinin minnətdar olduğu diqqətə çatdırıb.

Havana şəhərində mövcud olan məhşur yazıçı Ernest Heminguey adına muzeyi ziyarət edən səfir A.Mehdiyev sözügedən yazıçının "Əcəl zəngi" adlı əsərinin azərbaycan dilinə tərcümə edilmiş 2 nüsxəsini, həmin müzeyin kitabxanısına hədiyyə qismində təqdim edib. Qeyd olunan əsər muzey tərəfindən böyük məmnuniyyət və minnətdarlıqla qəbul edilib.