Azərbaycan kuboku ləğv edildi

azerbaycan-kuboku-legv-edildi
Oxunma sayı: 1354

Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Federasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar mart ayında yarımçıq dayandırılan Yüksək, Birinci və İkinci liqalar, eləcə də Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb və aşağıdakı qərarlar qəbul olunub:

- Birinci və İkinci liqalarda, həmçinin Azərbaycan kuboku yarışında 2019-2020-ci il mövsümü başa çatdırılsın. Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “AjaxBaku” (Birinci Liqa) və NTD (İkinci Liqa) - qalib elan olunub.

 - Yüksək Liqa ilə bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.