Azərbaycan Kubokunda 1/4 final cütləri müəyyənləşdi

azerbaycan-kubokunda-14-final-cutleri-mueyyenlesdi
Oxunma sayı: 1255

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, 1/8 final mərhələsinin bu gün keçirilən üç oyunundan sonra “Qarabağ”, “Keşlə” və “Neftçi”nin növbəti raunddakı rəqibi bəlli olub.

“Qəbələ” “Turan Tovuz”u 2:0, “Zirə” “Qaradağ Lökbatan”ı 4:0, “Kəpəz” isə gözlənilmədən Premyer Liqa təmsilçisi “Sabah”ı 2:1 hesabı ilə üstələyib. 1/8 finalın ötən gün baş tutan ilk oyununda “Səbail” “Zaqatala”nı 3:2 hesabı ilə məğlub edərək növbəti raundda “Sumqayıt”a rəqib olmuşdu.

1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 6-7 fevralda keçiriləcək. Adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər.

Azərbaycan kuboku
1/4 final

Sumqayıt – Səbail
Qarabağ – Qəbələ
Keşlə – Kəpəz
Neftçi – Zirə