Azərbaycan Kubokunda 1/4 final matçlarının vaxtı açıqlandı

azerbaycan-kubokunda-14-final-matclarinin-vaxti-aciqlandi
Oxunma sayı: 678

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, iki günü əhatə edəcək qarşılaşmalar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

1/4 finalın ilk matçında "Sumqayıt" "Səbail"i qəbul edəcək. Həmin gün "Qarabağ" - "Qəbələ" görüşü də baş tutacaq.

Bu mərhələnin ilk oyunlarına fevralın 2-də “Keşlə” – “Kəpəz, və “Neftçi” – “Zirə” qarşılaşmaları ilə yekun vurulacaq.

Azərbaycan Kuboku

1/4 final

1 fevral

16:00. “Sumqayıt” – “Səbail”

Sumqayıt. “Kapital Bank Arena”

18:00. “Qarabağ” – “Qəbələ”

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

2 fevral

16:00. “Keşlə” – “Kəpəz”

Bakı. “ASK Arena”

18:00. “Neftçi” – “Zirə”

Bakı. “Bakcell Arena”

Qeyd edək ki, 1/4 finalın cavab oyunları 7-8 fevralda təşkil ediləcək.