Azərbaycan kubokunun finalı bu stadiona keçiriləcək

azerbaycan-kubokunun-finali-bu-stadiona-kecirilecek
Oxunma sayı: 3376

Azərbaycan kubokunda 2021/2022-ci illər mövsümünün final görüşünün məkanı müəyyənləşib.

“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ” və “Zirə” komandaları arasında baş tutacaq həlledici qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq.

Oyun mayın 27-də keçiriləcək. Görüş saat 19:00 tarixinə təyin olunub.

Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi mayın 5-də təşkil olunacaq. AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbir saat 12:00-da başlayacaq.