Azərbaycan Kubokunun oyun cədvəli müəyyənləşdi

Azərbaycan Kubokunun oyun cədvəli müəyyənləşdi
Oxunma sayı: 1056

Futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, fevralın 1-də - ilk oyun günündə “Qarabağ” “Keşlə”ni, “Neftçi” klubu “Sabah”ı qəbul edəcək.

Növbəti gün isə “Zirə” komandası “Səbail”i, “Sumqayıt” kollektivi isə “Qəbələ”ni sınağa çəkəcək.