Azərbaycan kubokunun qalibi müəyyənləşdi - Video

azerbaycan-kubokunun-qalibi-mueyyenlesdi
Oxunma sayı: 6710

Bu gün Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan həlledici matçda “Keşlə” və “Sumqayıt” üz-üzə gəlib.

Oyunda hesabı “Sumqayıt” açsa da, bakılılar əzmkar qələbə qazanaraq kuboku başı üzərinə qaldırıb - 2:1.

Qeyd edək ki, “Sumqayıt” bu mövsüm Premyer Liqada bürünc medallara sahib çıxıb və avrokuboklara vəsiqəni təmin edib. “Keşlə” isə ölkə çempionatını 6-cı pillədə başa vurub. Bakı təmsilçisi ölkə kubokunun qalibi olduğu üçün Konfrans Liqasında oynamaq hüququ qazanıb. 

24 may

19:30. “Keşlə” – “Sumqayıt” - 2:1

Qol: Şəhriyar Əliyev, 37, 57 - Boyoviç, 3 (ö.q)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

“Bank Respublika Arena”