“Azərbaycan Laçın yolunda öz postunu yaratmalıdır”

azerbaycan-lacin-yolunda-oz-postunu-yaratmalidir
Oxunma sayı: 2388

“Biz heç bir tərəddüd etmədən Laçın dəhlizində öz nəzarət postumuzu yaratmalıyıq”.

“Qafqazinfo” xəbər verir ki, belə bir təkliflə Mili Məclisdə deputat Fəzail Ağamalı çıxış edib.

“Qarabağda bu gün fəaliyyət göstərən sülhməramlı qüvvələr, onun komandanı elə bir cəsarət sahibi deyil ki, özbaşına hərəkət etsin. O, bütün təlimatları Rusiyanın hərbi-siyasi rəhbərliyindən alır. Azərbaycanın təbii sərvətləri daşınır, onun əvəzində isə Azərbaycana (Qarabağa-red.) silahlar gəlir. Bunu edənlər kimdir? Erməni separatçıları, erməni faşistləri. Bunu himayə edənlər kimlərdir? Azərbaycanın ərazisində müvəqqəti fəaliyyət göstərən sülhməramlı qüvvələr. Əslində onlar sülhməramlı deyil, erməniyanlı, ermənipərəst qüvvələrdir. Mətbuatdan bəlli olur ki, dünən İrandan Xankəndiyə şəxsiyyəti, əməli, niyyəti bəlli olmayan 14 nəfər gəlib. Ehtimallar var ki, bunlar İranın xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Bunlar nəyə görə gəliblər?”

Eldar Tanrıverdi