Azərbaycan Londonda kitab sərgisində təmsil olunur

azerbaycan-londonda-kitab-sergisinde-temsil-olunur
Oxunma sayı: 772


Mədəniyyət və Turizm Nazirliyinin sifarişi, Londonda fəaliyyət göstərən Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin təşkilatçılığı və Böyük Britaniyadakı Səfirliyin dəstəyi ilə Azərbaycan sərgidə təmsil olunur. Kitab sərgisi bu gün başa çatacaq. Milli ekspozisiyanı təşkil etmək məqsədi ilə sərgidə 30 kvadratmetrlik sahədə stend avadanlığı quraşdırılıb. Burada ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa həsr edilmiş 115 adda 200 nüsxədən çox kitab və reklam çap məhsulları nümayiş olunur. Stendimizdə Prezident İlham Əliyevin sərəncamlarına əsasən, kütləvi tirajla nəşr olunmuş dünya ədəbiyyatı nümunələrinə üstünlük verilib. Bu il ilk dəfə olaraq ölkəmizin "Hədəf" və "Qələm" nəşriyyatlarının kitabları sərgidə nümayiş etdirilir. Azərbaycan üçün ayrılmış stenddə, həmçinin "Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı plakatlar yerləşdirilmiş, maraqlananlara ölkəmizin ev sahibliyini edəcəyi beynəlxalq tədbir haqqında informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanılır. Azərbaycanın tarixi, mədəniyyəti, turizmim ikanları və adət-ənənələrindən bəhs edən video çarx nümayiş olunur. Maraqlananlara ölkəmizin mədəniyyəti və tarixi haqqında ətraflı məlumat verilir, kitablar hədiyyə olunur. Qeyd edək ki. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti London Beynəlxalq Kitab Sərgisinə ilk dəfə 2009-cu ildə qatılıb. London sərgisində Azərbaycanın tarixindən, mədəniyyətindən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən bəhs edən kitablar iştirakçılarda böyük maraq doğurub.