Azərbaycan Makedoniya ilə qarşılaşacaq

azerbaycan-makedoniya-ile-qarsilasacaq
Oxunma sayı: 768

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

"Qafqazinfo" xəbər verir ki, mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı keçirəcək yığmamız Makedoniya yığması ilə qarşılaşacaq.

Bu oyun mayın 29-da baş tutacaq.

Qeyd edək ki, futbolçularımız hazırlıq prosesi çərçivəsində iyunun 3-də Kanada yığması ilə də yoldaşlıq oyunu keçirəcək.