“Azərbaycan maksimum konstruktivlik nümayiş etdirib” - Prezident

azerbaycan-maksimum-konstruktivlik-numayis-etdirib
Oxunma sayı: 1715

"Azərbaycan bu il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələsində maksimum konstruktivlik nümayiş etdirib". 

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı deyib.

"Bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib. Buna görə düşünürəm ki, - bu gün biz Sizinlə təbii ki, bu barədə əvvəlcə söhbət etmişik, - bu mövzu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyən edilməsi mövzusu müzakirə ediləcək. Biz, bu məsələdə Rusiya tərəfinin dəstəyini, o cümlədən məsləhət dəstəyini də çox yüksək qiymətləndiririk", - Azərbaycan Prezidenti bildirib.