Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin elektron şəbəkəsinə rəsmi üzv qəbul edilib.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Metrologiya İnstitutunun mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırovun Trend-ə verdiyi məlumata görə, Azərbaycanla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında (AEBA) Texniki Əməkdaşlıq Çərçivə Proqramına əsasən, AEBA-nın 2009-2012-ci illər üzrə Fəaliyyət Planı üzrə Azərbaycanda “Etalon Dozimetrik Laboratoriyası (Azerbaijan SSDL)” yaradılmışdır (AZB/6005).
Bu laboratoriya hazırda “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin balansında yerləşir və “İonlaşdırıcı şüalanma və radioaktivlik ölçmə vasitələrinin kalibrlənməsi və yoxlanması” şöbəsi kimi fəaliyyət göstərir. Laboratoriyanın faəliyyət istiqaməti respublikada mövcud olan ionlaşdırıcı şualanma ölçmə vasitələrinin (dozimetrlər, radiometrlər, rentgen diapazonunda işləyən dozimetrik cihazlar və s.) kalibrləməsindən və yoxlanmasından ibarətdir.
Son xəbərlər
Son Xəbərlər