Azərbaycan martda gündəlik 763,9 min barrel neft hasil edib

Azərbaycan martda gündəlik 763,9 min barrel neft hasil edib
Oxunma sayı: 521

2020-ci ilin mart ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 763,9 min barrel olub. Bunun 683,7 min barrelini xam neft, 80,2 min barrelini kondensat təşkil edib. 

Energetika Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, gündəlik 418,9 min barrel xam neft, 76,2 min barrel kondensat, 15,5 min barrel neft məhsulları ixrac edilib.

2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında qəbul edilmiş Razılaşma çərçivəsində Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.

Energetika Nazirliyi mart üzrə hasilat göstəriciləri ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2020-cu ilin 31 mart tarixində başa çatıb. Sabah OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında 9-cu iclası keçiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi