Azərbaycan məğlub oldu

azerbaycan-meglub-oldu
Oxunma sayı: 651

ANS PRESS-in məlumatına görə, Minskin İdman sarayında baş tutan oyunda Andrey Krivonosun yetirmələri Azərbaycan yığmasını 87:74 hesabı ilə məğlub edib. Belarusun heyətində ən yaxşı snayper 17 xal toplayan Aleksandr Kudryavçev olub.

Qeyd edək ki, B qrupunda turnirin birinci dövrəsində belaruslar Bakıda Azərbaycan yığmasına 79:83 hesabı ilə məğlub olmuşdular.