Azərbaycan məhsulları “Russia Halal Expo” sərgisində - Fotolar

azerbaycan-mehsullari-russia-halal-expo-sergisinde
Oxunma sayı: 1228

Bu gün Tatarıstanın Kazan şəhərində “Russia Halal Expo 2021” Sərgisi öz işinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, sərgidə İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan məhsulları da nümayiş olunur.

Azərbaycanın stendində sahibkarlar tərəfindən müxtəlif ət məhsulları, meyvə şirələri, mürəbbə və cemlər, bitki yağları, un və un məhsulları və s., eləcə də yerli məhsulların ixracı ilə məşğul olan şirkətlərin xidmətləri təqdim edilir.

Bu gün Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və Tatarıstan prezidenti Rustam Minnixanov Azərbaycanın stendini də ziyarət ediblər.