“Qafqazinfo”ya daxil olan məlumatda bildirilib ki, bu layihəyə əsasən, pilot olaraq Bakı şəhərinin 5 orta məktəbi daxil olmaqla 1 ay ərzində məktəblilərə peşəkar hüquqşünaslar tərəfindən ilkin hüquqi biliklər tədris olunub, sonra isə dərslərdə xüsusi fərqlənmiş şagirdlər üçün məhkəməyə ekskursiya təşkil edilib. Ekskursiya çərçivəsində məktəblilər Fəxri Fərman və sertifiktlarla təltif olunublar.
Sertifikatların təqdim edilməsi mərasimində ilk olaraq şagirdləri salamlayan Hakimlərin Seçki Komitəsinin və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, AHİM-in sədri Anar Bağırov layihə, onun məqsədləri barədə çıxış etdi. A.Bağırov məktəblilərin öz hüquq və vəzifələrini bilmələrinin vacib olduğunu və bu biliklərin onların gündəlik həyatlarında rastlaşdıqları çətinliklərin dəf edilməsində zəruri olduğunu bildirib
Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının və Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov isə öz çıxışında Layihəni yüksək qiymətləndirib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Layihə bürosunun rəhbəri Şakir Səfərbəyov isə öz növbəsində Layihənin əhəmiyyətindən danışdı və onun icra olunmasında əməyi keçən hər kəsə təmsil etdiyi qurumun adından təşəkkürünü bildirib.
Təlimlərdə xüsusi fərqlənmiş şagirdlər fəxri fərman və sertifikatlarla təltif olundular. Şagirdlər daha sonra məhkəmənin inzibati binası ilə yaxından tanış olaraq canlı məhkəmə prosesində iştirak etdilər.