"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə, memarlar, şəhər rəsmiləri iştirak ediblər.
Tədbir iştirakçıları öncə memarların yaradıcılığını əks etdirən sərgiyə baxıblar.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə bildirib ki, 2016-cı ilin tədbirlər planında İttifaqın Gəncə Bölməsinin yaradılması nəzərdə tutulub.
Elmar Vəliyev çıxışında qeyd edib ki, Azərbaycan qədim tarixə və zəngin memarlıq ənənələrinə malikdir.
Plenumda Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin 6 aylıq hesabatı dinlənilib.
Toplantıda Azərbaycan Memarlar İttifaqına yeni üzvlərin qəbulu və təşkilati məsələlərə baxılıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib.
Sonda şəhərsalma və memarlıq sahəsində fərqlənənlərə “Usta memar” fəxri adı verilib, bir qrup memara isə qurumun fəxri fərmanları təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər