Azərbaycan milli pavilyonu mükafat qazandı - Fotolar

Azərbaycan milli pavilyonu mükafat qazandı
Oxunma sayı: 1239

Azərbaycan milli pavilyonu eksteryer-interyer konsepsiyası və dizaynına görə “Pekin Ekspo 2019” sərgisində “Special Award”a ( "Xüsusi Mükafat" - ikinci yer) layiq görülüb. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanla yanaşı, bu mükafatı Turkiyə, BƏƏ, Belçika, Sinqapur və Niderland alıb. Birinci yer üzrə mükafatı isə Qətər, Böyük Britaniya, Almaniya və Yaponiya əldə edib.

Qeyd edək ki, "Pekin Ekxpo 2019" sərgisi aprelin 29-dan oktyabrın 7-dək davam edib. 

Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə milli pavilyonla təmsil olunub.

“Azərbaycan: təbiət və incəsənətin harmoniyası” (Azerbaijan: Harmony of Nature and Art) adlanan milli pavilyonun ümumi konsepsiyası ölkəmizin öz tarix və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirib.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi