Açılış mərasimində AFFA rəhbərliyi, Bakcell şirkətinin nümayəndələri, futbol veteranları, Anatoli Banişevskinin ailə üzvləri, futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər. AFFA- nın prezidenti Rövnəq Abdullayev bildirib: "Forma satışının təşkili təkcə milli komandada yox, klublarda da həyata keçirilməlidir. Bu, futbolun kommersiyalaşması baxımından vacibdir. Forma və atributların satışa çıxarılması həm federasiyalara, həm də klublarla maddi dəstəkdir. Eyni zamanda, futbolun bir reklamıdır. Dünyanın müxtəlif klubları bu strategiyanı uğurla həyata keçirirlər. Həm millimiz, həm də AFFA üçün fan-şopun açılması mühüm hadisədir. Gələcəkdə Bakının müxtəlif yerlərində fan-şopların açılması nəzərdə tutulub".
Son xəbərlər
Son Xəbərlər