Azərbaycan milliləri III turun görüşlərini keçirəcək

azerbaycan-millileri-iii-turun-goruslerini-kecirecek
Oxunma sayı: 1056

45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. 

“Qafqazinfo” xəbər verir ki, bu gün 3-cü turun oyunları baş tutacaq və Azərbaycan yığmaları növbəti görüşlərini keçirəcəklər. 

Kişilərdən ibarət yığma Moldova ilə qarşılaşacaq. Qadınlardan ibarət milli isə Argentina ilə üz-üzə gələcək. 

Qeyd edək ki, komandalarımız bundan əvvəlki iki turu qələbə ilə başa vurub.