Azərbaycan millisi 3 yoxlama oyunu keçirəcək

azerbaycan-millisi-3-yoxlama-oyunu-kecirecek
Oxunma sayı: 1550

Mayın 23-dən iyunun 4-dək Azərbaycan millisinin Avstriyada təlim-məşq toplanışı olacaq.

“Qafqazinfo”nun məlumatına görə, bu toplanış zamanı üç yoxlama görüşü planlaşdırılır.

Bu barədə Apasport.az-a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Baş katib milli komandanın Avstriya toplanışında 3 yoxlama görüşü keçirəcəyini deyib: “Artıq Kanada ilə razılaşmışıq. İkinci rəqib böyük ehtimalla Makedoniya millisi olacaq. Bu dəqiqləşəndən sonra üçüncü sınaqçının da kimliyinə aydınlıq gələcək”.