UEFA Millətlər Liqasının qalibinə veriləcək mükafatın məbləği açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, yarışı qazanan milli komanda AVRO-2020-yə birbaşa vəsiqəyə sahib olmaqla yanaşı, 94 milyon dollar məbləğində maddi cəhətdən irəli düşəcək.
Bu payızda tarixdə ilk dəfə keçiriləcək Millətlər Liqasında 55 yığma, o cümlədən Azərbaycan millisi çıxış edəcək. Turnir 4 liqada keçiriləcək ki, bunların hər birində 4 qrup var. Millimiz D liqasının A qrupunda Farer adaları, Malta və Kosovo yığmaları ilə birgə yer alıb. Azərbaycan da daxil olmaqla qrupun hər iştirakçısı 500 min dollar alacaq. Qrupun qalibi bu məbləği ikiqat artırmaq, yəni 1 milyon dollar qazanmaq imkanına malik olacaq.
Son xəbərlər
Son Xəbərlər