Azərbaycan millisi Albaniyaya uduzdu

azerbaycan-millisi-albaniyaya-uduzdu
Oxunma sayı: 4367

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda mübarizəyə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, yığmamız bu gün Albaniya ilə qarşılaşıb. Albaniyada keçirilən oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu martın 11-də Şimali Makedoniyaya qarşı keçirəcək.